Menu

Merkel Argentinaya uçuşunu yarımçıq saxlayıb - Təyyarəsinin nasazlığına görə 

30.11.2018, 00:46
Merkel Argentinaya uçuşunu yarımçıq saxlayıb - Təyyarəsinin nasazlığına görə 

Almaniya kansleri Angela Merkel hökumət təyyarəsində texniki nöqsan səbəbindən G20 sammitində iştirak etmək üçün Argentinaya uçuşunu yarımçıq saxlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı DPA məlumat yayıb.

Onun göyərtəsində olduğu təyyarə Niderland üzərindən uçan zaman heyət üzvləri hava gəmisini Almaniyaya qaytarmaq qərarına gəliblər.

Kanslerin uçuşu cəmi 1 saat çəkib. "Konrad Adenauer" təyyarəsi Kölndə uğurla eniş edib. Orada Merkel digər laynerə minəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol