Menu

Bakıda 16 yaşlı qız itkin düşdü

30.11.2018, 09:11
Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyeva Leyla Mobil qızı polisə müraciət edib ki, rayonun İ.Zülfüqarov küçəsi, ev 2942, mənzil 38-də onunla birlikdə yaşayan qızı, 2002-ci il təvəllüdlü Əliyeva Ziyafət Elmar qızı noyabrın 27-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol