Menu

Nazir müavini efirdə deputatı təpiklədi: “Əclaf” - VİDEO

01.12.2018, 19:39
Nazir müavini efirdə deputatı təpiklədi: “Əclaf” - VİDEO

Ukraynada nazir müavini deputatı təpikləyib. Hadisə ZİK telekanalında nümayiş etdirilən "Xalq qarşıdır” siyasi tok-şousunda baş verib. Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri məsələləri üzrə nazir müavini Yuri Qrımçak canlı efirdə Ali Radanın deputatı Yevgeni Murayevə hücum çəkib.

Nazir müavininin aqressiv davranışına səbəb deputatın noyabrın 25-də Kerç boğazında baş verən hadisədə Rusiyanın deyil, Ukraynanın maraqlı olmasını iddia etməsidir. Y. Murayev debat zamanı deyib ki, bu münaqişədə Rusiya maraqlı deyildi: "Məhz bu olay nəticəsində G20 sammitində ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş baş tutmadı”.

Bu sözlə əsəbiləşən nazir müavini deputatı "əclaf”, "rusiyapərəst” adlandırıb, daha sonra ona yaxınlaşaraq qarşısındakı masaya təpik vurub. Nəticədə masa deputatın üzərinə aşıb.

Qeyd edək ki, noyabrın 25-də Rusiya hərbi donanmasının gəmiləri Kerç boğazında Ukraynanın iki zirehli katerinə və bir yedək gəmisinə hücum edib, ukraynalı hərbçilər saxlanılıb. Olay zamanı 6 ukraynalı hərbçi xəsarət alıb. Rusiya məhkəməsi ukraynalı hərbçiləri 2 ay azadlıqdan məhrum edib.

Şərhlər

Modeqasqar 2018-12-01 19:39:14

Xarici, xüsusən kapiтalisт olkələrdə vəzifəlilər oz sahəsi, dovləт işi üzrə, cəmiууəт və hər üzvünün hüququ ugrunda necə də "savaşırlar". Şuşa İcmasının başçısının dili ilə desək: Bizim eliтa bir bezin qıragı kimi nəinki ozgəni, heç üzlərini də cırmırlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol