İmişli rayonunda ölümlə nəticələnən yol qəzası olub.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1967-ci il təvəllüdlü Quliyev Vüqar Arif oğlunun idarə etdiyi "VAZ-21-011" markalı, 10-EA-129 dövlət qeydiyyat nişanlı avtomobil 1967-ci il təvəllüdlü Əliyev Elman Pənah oğlunun idarə etdiyi "Hyundai Tukson" markalı, "10-OB-606" dövlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Hadisə zamanı V.Quliyev xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralı aldığı xəsarətlərdən orda ölüb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər