Menu

Parisdə etirazlar zamanı yaralıların sayı 133 nəfərə çatıb

02.12.2018, 17:30
Parisdə etirazlar zamanı yaralıların sayı 133 nəfərə çatıb

Şənbə günü Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə bazar günü Parisin polis idarəsinə istinadən "Franc-Press" məlumat yayıb.

Bildirilir ki, etiraz aksiyaları zamanı 412 nəfər saxlanılıb, onlardan 378 nəfəri nəzarət altına götürülüb.

Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağı qiymətinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol