«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp G20 sammitində Argentinanın lideri Maurisio Markinin çıxışı zamanı «əsəbləşib» və sinxron tərcümə qəbuledicini döşəməyə çırpıb.
Xoşagəlməz olay prezidentlərin işgüzar səhər yerməyindən əvvəlki çıxışları zamanı baş verib. Tramp qəbuledicini qulağına söykəyib və diqqətlə qulaq asıb. O, Makrinin çıxışının sonunu gözləyib və onun əlini sıxıb: «Mənə elə gəlir ki, sizin öz dilinizdə söylədiklərinizi mən, bu qurğu olmadan daha yaxşı anladım. Amma hər şey normaldır...».
Ardınca, ABŞ Prezidenti qurğunu ayaqları altına tullayıb.


Şərhlər