Menu

"Qəbələ" - "Zirə" oyunu qatı duman səbəbindən dayandırılıb

02.12.2018, 18:32
"Qəbələ" - "Zirə" oyunu qatı duman səbəbindən dayandırılıb

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qəbələ" - "Zirə" qarşılaşması yarımçıq dayandırılıb.

"Report" xəbər verir ki, buna Qəbələdə havanın qatı dumanlı olması səbəb olub.

Görüşün baş hakimi Vüqar Həsənli 57-ci dəqiqədə oyunu 15 dəqiqəlik təxirə salıb. Hava şəraiti imkan versə, matç davam etdiriləcək.

Qeyd edək ki, matçda hələ ki, hesab açılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol