«AzPoliika.info» xəbər verir ki, Özbəkistan Ukrayna yüklərinin qəbulu və gömrük sənədləşdirilməsi üzərinə qoyulmuş qadağa səbəbilə, bu ölkədən şəkər idxalını dayandırıb.
Ukrayna şəkər istehsalçıları Milli Assosiasiyasının («Ukrsukor») mətbuat xidmətinə istinadla bu barədə «UNİAN» agentliyi xəbər verib.
«Ukrayna şəkər istehsalçıları Milli assosiyasiyasının məlumatına görə, hazırda Özbəkistana daxil olan şəkər və digər yüklər nəqliyyat vasitələrindən boşaldılmır və onların gömrük sənədləşdirilməsi aparılmır. Belə vəziyyət Ukraynadan yüklərin qəbulu üzərinə qadağa qoyulması səbəbilə yaranıb» - xəbərdə belə deyilir.
«Ukrsukor» təşkilatı analitik şöbəsini rəhbəri Ruslan Butilonun sözlərinə görə, bu, əvvəllər bağlanmış müqaviələrin şərtlərini pozur.
«Nəzərə alsaq ki, son yarım ildə Ukrayna şəkərinin əsas idxalçısı məhz Özbəkistan olub, o zaman deyə bilərik ki, biz, əsas satış bazarını itiririk» - deyə, Butilo qeyd edib.
Məhz bu səbəbdən dolayı, assosiyasiya vəziyyəti düzəltmək və müvafiq izahat veilməsi məqsədilə, Ukrayna iqtisadi inkişaf və ticarət nazirliyinə müraciət edib.
«Ukrsukor»un məlumatına görə, Özbəkistana şəkər tədarkü Ukraynanın ümumi şəkər ixracının 60 faizini təşkil edir.


Şərhlər