Menu

İslam konfransı iştirakçılarını donuz ətinə «qonaq» ediblər! - Berlində

03.12.2018, 20:22
İslam konfransı iştirakçılarını donuz ətinə «qonaq» ediblər!  - Berlində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Berlində keçirilən 12-ci Almaniya islam konfransının təşkilatçıları qəlyanaltı qismində iştirakçı müsəlmanlara donuz ətindən hazırlanmış qan kolbasası təklif ediblər.

«Die Welt» nəşrinin yazdığına görə, iştirakçıların bir qismi bunu müsəlmalara hörmətsizdik kimi dəyərləndiriblər.

«Bu ərəfədə Berlində keçirilən İslam konfransının gedişi zamanı bufetdə yenə donuz əti var idi. Qan kolbasası verirdilər. Xarici işlər nazirliyi bununla nə demək istəyir? Daha yaxşı olardı ki, donuz əti yeməyən müsəlmanlara hörmət nümayiş etdirilsin...» - deyə, «Tvitter»də tədbirlən fotolar dərc edən jurnalist Tuncay Özdəmir nəzərə çatdırıb.

Beləliklə, iştirakçılara 13 adda qəlyanaltı təklif olunmasına baxmayaraq, qan kolbasasının adı bu siyahıda göstərilməyib. Bu səsbdən dolayı, müsəlmanların bəziləri bilmədən, az qala donuz kolbasasının dadına baxacaqlarmış.

Almaniya federal Daxili işlər nazirliyi hisslərinə toxunulmuş müsəlmanlardan üzr istəyib.

Şərhlər

Vətəndaş 2018-12-03 20:22:44

Kamran Almanyanın göbəyində yemək tapılmır? bunun nə dəxli var yazırsan

kamran 2018-12-03 20:22:44

Ac qalan adamın çarəsizlikdən donuz əti yeməsi haram deyildir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol