Menu

Gimnastikada zorakılığın qarşısının alınması üzrə fond yaradılıb

03.12.2018, 18:42
Gimnastikada zorakılığın qarşısının alınması üzrə fond yaradılıb

Gimnastikada zorakılığın qarşısının alınması üzrə fond (Gymnastics Ethics Foundation) yaradılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində qəbul olunub.

Qeyd edək ki, bu ilin fevralında FIG-in prezidenti Morinari Vatanabe idmançıların seksual xarakterli zorakılıqla bağlı məlumat verə biləcəkləri müstəqil qurumun yaradılmasını təklif edib. Yeni təsis edilən fond FIG-dən asılı olmayacaq.

FIG-in Bakıdakı Konqresi dekabrın 2-3-ni əhatə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol