Menu

Mənimsəmədə təqsirləndirilən şirkət rəhbəri apellyasiya şikayəti verib

03.12.2018, 19:12
Mənimsəmədə təqsirləndirilən şirkət rəhbəri apellyasiya şikayəti verib

Mənimsəmədə təqsirləndirilən şirkət rəhbəri Emin Quliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müracət edən E.Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Faiq Qasımovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol