Menu

Məktəbi qızıl medalla bitirənlər cəmi bir fəndən imtahan verəcəklər

04.12.2018, 15:34
Məktəbi qızıl medalla bitirənlər cəmi bir fəndən imtahan verəcəklər

Azərbaycanda təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunacaqlar. Bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində əks olunub.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.

Qeyd edək ki, yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol