Menu

Məktəblərdə təmayül siniflərinin yaradılması imkanları genişləndirilir

05.12.2018, 15:23
Məktəblərdə təmayül siniflərinin yaradılması imkanları genişləndirilir

Azərbaycanın ümumtəhsil məktəblərində təmayül siniflərinin yaradılması imkanları genişləndirilir.

“Report” xəbər verir ki, yeni hazırlanan “Ümumi təhsil haqqında”qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir.

Qanun layihəsində bildirlib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol