Menu

Sumqayıtda 26 yaşlı gənc özünü asıb

07.12.2018, 09:02
Sumqayıtda 26 yaşlı gənc özünü asıb

Sumqayıtda intihar hadisəsi baş verib.

"Report"un Sumqayıt - Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin "Yaşıldərə" yaşayış massivində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Paşayev Tamerlan Telman oğlu yaşadığı evdə özünü kəndirlə asıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol