Menu

GUAM-a sədrlik Ukraynaya keçib

07.12.2018, 10:27
GUAM-a sədrlik Ukraynaya keçib

Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda (GUAM) sədrliyi Ukraynaya verib.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

"GUAM çərçivəsində mövcud olan ənənə, konsensus əsasında işləmək təşkilata üzv dövlətlərə həm regional, həm də beynəlxalq səviyyədə məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə imkan verəcək", - Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilir.

Moldova XİN başçısı Tudor Ulyanovski ukraynalı həmkarlarına uğurlar arzulayaraq, GUAM-ın üzv ölkələr və onların vətəndaşlarının maraqları naminə əməkdaşlığı möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Şərhlər

Azərbaycan vətəndaşı 2018-12-07 10:27:28

GUAM yarandığı gündən lazımsız bir təşkilata çevrilib.Heç bir fəaliyyəti olmayan bir təşkilatın yalnız adı var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol