Menu

Sumqayıtda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub 

08.12.2018, 00:29
Sumqayıtda qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub 

Sumqayıt şəhərində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər - 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Lakin yaralılar sonradan müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndəriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol