Menu

Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

08.12.2018, 13:51
Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

Özbəkistan Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) müşahidəçi statusu alıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə OPEC konfransının sədri, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Məzrui xəbər verib.

Onun sözlərinə görə, Özbəkistandan başqa, Çad və Cənubi Afrika, eləcə də Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu əldə ediblər.

"Bizə bu gün müşahidəçi qismində qoşulmuş yeni qeyri-OPEC neft istehsalçılarına minnətdarlığımı bildirmək istərdim”, - deyə energetika naziri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol