Menu

 “Fransanı sevirəm” - Tramp

08.12.2018, 17:15
 “Fransanı sevirəm” - Tramp

“Paris razılaşması” Paris üçün heç də sərfəli deyil”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Fransanın hər yerində etiraz və iğtişaş var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya dövlətlərinin yerinə böyük məbləğlər ödəmək istəmir. “Trampı istəyirik!” şüarlarını deyirlər. Fransanı sevirəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə BMT-nin ətraf mühitin qorunmasına dair dair “İqlim çərçivə sazişi” Parisdə elan olunub. Bu razılaşmaya ABŞ qoşulmayıb.

Xatırladaq ki, Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “sarı jiletlilər”in etiraz aksiyası keçirilir.

Şərhlər

t.ədalət 2018-12-08 17:15:54

Təəssüf ki Tramp fikrini ifadə edəndə Fransa ilə Fransa xalqını bir-birinə qarışdırıb.Yəqin ki onun sevgisi Fransa xalqına ünvanlanıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol