«AzPolitika.info»-nun xarici KİV-ə istinada verdiyi xəbərə görə, 2019-c ildə Britaniya Baltikyanıda özünün hərbi iştirakını gücləndirmək niyyətindədir. Belə ki, Dumanlı Albion Estoniyaya 20 tank göndərəcək. Britaniya hərbi-dəniz donanması (HDD) isə Baltik dənizində hərbi təlimlər keçirəcək.
Britaniyanın Estoniyadakı hərbi attaşesinə istinadla bu barədə «ERR» xəbər verib.
Gələn il Brtaniyanın Estoniyadakı hərbi kontingentinin rotasiyası nəzərdə tutulur. Bu çərçivədə Böyük Britaniyaya 10 tank qaytarılacaq, onlarvn əvəzində isə bu Baltik ölkəsinə 20 zirehi maşın gələcək.
Aprel- avqust aylarında hələ 1945-ci ildə SSRİ hərbi-hava qüvvələrinin (HHQ) ehtiyaclarını qarşılamaq üçün tikilmiş Emari aviabazasınada isə Britaniyanın «Eurofighter Typhoon» qırıcıları yerləşdiriləcək. 2019-cu ilin iyul ayında ölkə ərazisində Estoniya-Britaniya hərbi təlimləri keçiriləcək. Təlimlərdə həm quru qüvvələri, həm Britaniya donanmasının gəmiləri, həm də krallıq aviasiyası iştirak edəcək.
2016-cı ildə NATO üzvü olan ölkələr Estoniyada, Litvada, Latviyada və Polşada 4 çoxmillətli batalyonun yerləşdirilməsi barədə razılığa gəliblər. Həmin hərbi hissələrdə 4 min hərbçinin hərəkətə gətirilməsi nəzərdə tutulur.


Şərhlər