Ermənistanda növbədənkənar parlament seçkiləri “məxməri” rejimin ümumdövlət benefisinə çevrilmədi.
Musavat.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə müxalifətdəki Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri Armen Aşotyan yazıb.
Aşotyanın qeyd etdiyinə görə, gələn seçici sayının 48,63% olması çox şeyi ifadə edir. Bu rəqəmlər “seçkilərin ümumxalq tələbi ilə olmadığını, tam əksinə Nikol Paşinyanın şəxsi siyasi hesablarının və maraqlarının əksi olduğu ortaya çıxdı. Paşinyana nə facebook, nə də böyük inzibati resurslar kömək etdi...”,-deyə Aşotyan yazıb.
Keçmiş təhsil nazirinin sözlərinə görə, seçkilər Nikol Paşinyanın xalqın məyusluğu və apatiyası fonunda kaprizlərinin nəticəsində keçirilib.


Şərhlər