Prezident İran və Çin dövlətlərinin başçılarına məktub göndərib
Prezident İlham Əliyev İran İslam respublikasının dövlət başçısı Həsən Ruhaniyə başsağığı məktubu göndərib.
Məktubda deyilir.
"Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə də başsağlığı məktubu göndərib.
"Hörmətli cənab Sədr,
Tibet dağlarında turist avtobusunun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".


Şərhlər