Azadlıq Radiosunun verdiyi məlumata görə, "Times" qəzeti yazır ki, parlamentdə deyil, ilk dəfə xalqın birbaşa səsverməsi ilə ölkə prezidenti seçilən Ərdogan 2003-cü ildən bəri - baş nazir olduğu vaxtda milyonlarla adam kasıblıqdan azad olub.
Pulsuz səhiyyə xidməti təklif edən yeni xəstəxanalar tikilib. 2010-cu ildə iqtisadi artım hətta 9 faizə çatmışdı. Erdogan ordunu yerinə oturtdu, birinci dövlət xadimi oldu ki, kürd azlığı ilə danışıqlar apardı.
Bütün bunlar Türkiyənin ərəb dünyası üçün modelə çevirir.
Ancaq narahatlıq keçmişlə yox, gələcəklə bağlıdır. Ərdogan hansı istiqamətdə gedəcək?
O, birbaşa seçki ilə seçildiyinə görə, hakimiyyət səlahiyyətlərini genişləndirməyə başlaycaq. Ərdoganın getdikcə avtoritarlaşan davranışı əminliyə təminat vermir.
Qəzet yazır ki, Ərdogan putinizmə yuvarlana bilər. Ərdogan putinsayağı prezidentə çevrilə bilər.
"Times" yazır ki, ikinci Putinsiz də Yaxın Şərqin problemləri başından aşır. Dünyaya da ikinci Putin lazım deyil.
Bir çoxlarının fikrincə, dünyada “bir Putin də artıq çoxdur.”


Şərhlər