Menu

Natiq Ədilovun ata evinə basqın edildi

11.08.2014, 19:34
Natiq Ədilovun ata evinə basqın edildi

Jurnalistin qardaşı həbs olundu

“Azadlıq” qəzetinin və “Azərbaycan Saatı”ı proqramının əməkdaşı Natiq Ədilovun Sabirabaddakı ata evinə basqın edilib. Bu barədə Natiq Ədilov özünün “Facebook” səhifəsində yazıb: “Əziz dostlar. Bu dəqiqə kənddən (Sabirabad) aldığım məlumata görə polis evimizə basqın edib, qardaşımı həbs ediblər. Heç bir açıqlama vermirlər. Ailə üzvlərimizlə əlaqə yarada bilmirəm. Bu növbəti xain basqındı, mənə görə ailəmizin əzaba düçar edilməsidir.

Burdan bəyan edirəm, kişisiniz sözünüz mənlə olsun. Bu böhtan və yaramazlıq heç bir halda mənim apardığım haqq davasına təsir edə bilməyəcək. Bu cür şərləməyə çox uzağa gedə bilməyəcəksiniz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol