Menu

Rus rublu ilə bağlı mənfi proqnoz

12.12.2018, 16:45
Rus rublu ilə bağlı mənfi proqnoz

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu ölkənin milli valyutası olan rublun gələcək taleyilə bağlı mənfi proqnozlar xeyli çoxalıb.

Ötən gün “TASS” Agentliyinin yaydığı məlumata görə, Rusiyanın ən böyük banklarından olan “Sberbank” gələn il üçün rublun məzənnəsi və inflyasiyanın səviyyəsi proqnozlarını dəyişib.

Dəyişikliklərin mənfiyə doğru olduğunu bildirən agentliyin məlumatına görə, bank hesab edir ki, rubl ABŞ dollarına nisbətdə dəyər itirməkdə davam edəcək.

Belə ki, əgər əvvəlki proqnozlara görə,1 ABŞ dollarının 66.5 rubla dəyişdiriləcəyi güman edilirdisə, bankın yeni proqnozunda 2020-ci il üçün 70 rubl həddi götürülüb. Lakin təhlilçilər bu rəqəmin də reallığa tam uyğun olduğuna əmin deyillər.

Bununla yanaşı, inflyasiya proqnozu da dəyişdirilib və 4 faizdən 5 faizə yüksəldilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol