Menu

Atatürk parkındakı “kupça”lı kafe və restoranlar barədə AÇIQLAMA

12.12.2018, 18:37
Atatürk parkındakı “kupça”lı kafe və restoranlar barədə AÇIQLAMA

Paytaxtın Nərimanov rayonundakı Atatürk prospektində yerləşən eyni adlı parkda təmir-yenidənqurma işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimovun  "AzPolitika.info"ya  verdiyi  məlumata görə, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi.

BŞİH bildirir ki, parkin vəziyyəti ilə bağlı ətraf ərazılərdə yaşayan vətəndaşlardan haqlı narazıliq və iradlar daxıl olurdu: "Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qərara alınıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyeklər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub".

Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılması, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılaraq buranın sakinlərin ixtiyarına verılməsi nəzərdə tutulub.

Şərhlər

Bashirov Qarib 2018-12-12 18:37:32

...vətəndaşların istək və arzularını yerinə yetirmək məqsədi ilə... Muşfiq demişkən, arzuya bax sevgilim...

t.ədalət 2018-12-12 18:37:32

Deyilənlər doğru çıxdı.Park böyük oliqarxlar tərəfindən yenidən "pay-püşk" edilir.Park ərazisində "kupçalı" obyektlərin olması özü fırıldaqdır.Məgər,park ərazisində obyektlər özəlləşdirilə bilər?

BABAYEVA ASYA EHMEDELI Qi 2018-12-12 18:37:32

oralarda ganunsuz kupca veranlarla 8 kilometr bazarinin gabagindaki kucada na vaxt tadbirlar gorulacak gunahkarlar cazalanacak

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol