Menu

Bakıda TSEK-lərin sayı 12-dən 5-ə endirilib

14.12.2018, 17:30
Bakıda TSEK-lərin sayı 12-dən 5-ə endirilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatının ştat cədvəlinə dəyişiklik edilməklə yeni strukturu formalaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, müvafiq əmr əsasında Bakı şəhəri üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sayı azaldılaraq paytaxtın rayonları üzrə, ümumilikdə, 5 TSEK (Yasamal, Səbail, Nəsimi rayonları üzrə 1 saylı, Nərimanov, Nizami, Xətai rayonları üzrə 2 saylı, Qaradağ, Binəqədi rayonları üzrə 3 saylı, Sabunçu, Suraxanı rayonları üzrə 4 saylı və Xəzər, Pirallahı rayonları üzrə 5 saylı TSEK-lər) müəyyən edilib. Qeyd olunan TSEK-lərin fəaliyyəti Bakı şəhərində yaradılacaq beş DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi ilə əlaqəli şəkildə qurulmaqla, mərkəzlərin əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya istiqaməti üzrə xidmətlərinin həyata keçirilməsində iştirak edəcəklər.

"Aparılan struktur islahatları tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılmasına və işin səmərəliliyinin, bu sahələrdə vətəndaşlara xidmətlərin DOST mərkəzləri müstəvisində tam şəffaf və vətəndaş məmnunluğuna nail olunması prinsipi əsasında keyfiyyətinin artırılmasına xidmət edir", - Nazirlikdən bildirilib.

Şərhlər

məmmədqulu 2018-12-14 17:30:38

Toplananların yerini dəyişməklə cəm dəyiuşmir! İndi Şərqin Götəşi keçib vahid pəncərəyə. Yəni 12 dənə VTEK olanda taplanan pullar çox yerə paylanırdı. İndi isə həmən pul (ola bilsin ki, bir az da artıq) artıq miqdarda yuxarı mərtəbəyə tez və paylanmadan çatacaqdır. Buna da deyirlər ""innovasiya", yəni büdcələşmədə sevgi-məhəbbət oyunu, əstəğfürillah, "vergi toplam oyunları"!!!!!!!
P.S. Doymamış gözlərə bəlkə "məlhəm" ola bildi!!
P.S. Allah gözlərinizi doyursun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol