«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti Afrika ölkələrinə yönəlik öz siyasətinə yenidən baxmaq niyyətindədir.
ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiyanı və Çini bu qitədə Birləşmiş Ştatların maraqlarına təhlükə adlandırıb.
«The Wall Street Journa» nəşrinin yazdığı kimi, Bolton Moskva və Pekini «Afrikada avtoitar siyasətçilərin hakimiyyəti əldə saxlamasına dəstək və yerli əhalinin təhlükəsizliyini sarsıtmaq» istiqamətindəki fəaliyyətinə görə, günahlandırıb. Onun sözlərinə görə, bu bölgədə fəaliyyət göstərən Rusiya şirkətləri korrupsiya ilə əlaqəlidirlər.
«Çinin və Rusiyanın fəaliyyəti Afrikada iqtisadi inkişafı yavaşıdır, ABŞ üçün investisiya imkanlarını pisləşdirir, bizim hərbi əməliyyatlarımıza mane olur və təhlükəsizlik sferasında ABŞ-ın maraqlarını təhdid edir» - deyə, Trampın müşaviri qeyd edib.
Bolton həm də bəyan edib ki, Rusiya Afrika ölkələri ilə silah və enerji daşıyıcıları alveri edir və qarşılığında, onları BMT-dəki səsvermələrdə dəstəkləyir.


Şərhlər