Menu

"Putin o qədər yalan danışıb ki, artıq Merkel ona inanmır" - Financial Times

12.08.2014, 15:51
"Putin o qədər yalan danışıb ki, artıq Merkel ona inanmır" - Financial Times

Financial Times qəzetində Quentin Peel yazır ki, Almaniya kansleri Merkel Putinə inamını birdəfəlik itirib.

Rəsmilərin dediyinə görə, buna səbəb Putinin dalbadal Merkelə yalan danışmağı olub. Rusiyanın Ukrayna işlərinə cəlb olunmağı və separtaçılara dəstək verib-verməməyi barədə Putinlə Merkel telefonla 30 dəfədən çox danışıblar.

Azadlıq Radiosunun verdiyi məlumata görə, Peel yazır ki, Merkel üçün etimad, inam çox vacibdir.

Putin sovet dövründə Almaniya Demokratik Respublikasında KQB agenti olub. O, əmin idi ki, Almaniyanı və onun indiki kansleri Merkeli yaxşı anlayır. Ancaq Putin Ukrayna məsələsində Merkelin davranışığını əvvəlcədən düzgün hesablaya bilmədi.

Hərçənd Merkel Rusiyaya aydın şəkildə göstərir ki, Ukraynada Puitin güzəştə getməlidir ya da sanskiyalarla üzləşəcək.

Almaniyada son rəy sorğusuna görə almanların 37 faizi Almaniyanın beynəlxalq böhranların həllində daha çox rol oynamasını, 60 faiz isə az rol oynamasını istəyir.

Putin başa düşür ki, Almaniya Ukraynanın müdafiəsinə qoşun yeritməyəcək. Ancaq bu o demək deyil ki, Almaniya heç nə etməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol