Menu

Dağlıq Qarabağda erməni əsgər gözündən yaralanıb

17.12.2018, 12:27
Dağlıq Qarabağda erməni əsgər gözündən yaralanıb

Dağlıq Qarabağda yerləşdirilən işğalçı Ermənistan silahlı qüvvələrinin əsgəri yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ad-soyadı açıqlanmayan hərbçi odlu silahdan açılan atəş nəticəsində gözündən yaralanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Yaralı əsgər Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Məlumata görə, onu müayinə və müalicəsini davam etdirmək üçün Yerevandakı “Muratsan” hospitalına aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol