Menu

Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir

19.12.2018, 11:00
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir

Bakıda Azərbaycan Respublikasi Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı işə başlayıb.

“Report” xəbər verir ki, tədbirdə ilk öncə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub.

Daha sonra nazir deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlara dövlət dəstək verir: “Aqrar sahədə sahibkarlar bütün vergilərdən azaddırlar”.

Ş.Mustafayev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) yaradılmasına diqqət çəkərək, biznesin inkişafı üçün qarşıdakı illərdə də tədbirlər görüləcəyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol