Menu

Barzani İran prezidentinə İraq kürdlərini dəstəklədiyi üçün təşəkkür edib

12.08.2014, 20:02
Barzani İran prezidentinə İraq kürdlərini dəstəklədiyi üçün təşəkkür edib

İraqda İŞİD (İraq və Şam İslam Dövləti) terrorçularının fəallaşdığı və kürdlərin bu fürsətdən istifadə edərək qonşu xalqların o cümlədən Azərbaycan türklərinin torpaqları üzərində Kürdistan qurmaq istədikləri bir dönəmdə, İraq Kürdistanının lideri Məsud Barzani İran prezidenti Həsən Ruhaniyə təşəkkür məktubu ünvanlayıb.

M.Barzani İranın belə bir şəraitdə kürdlərə dəstək verdiyinə görə, H.Ruhaniyə öz təşəkkürünü bildirib. Kürd lider İranı kürdlərin daimi bir dəstəkçisi kimi alqışlayıb.

Qeyd edək ki, İraq Kürdistanının liderləri dəfələrlə Azərbaycan torpaqlarına ərazi iddiası edib və illərdir bu siyasəti irəli sürürlər. Hətta son həftələrdə, qurmaq istədikləri Kürdistan üçün çıxardıqları pul əskinaslarının üzərində Güney Azərbaycan torpaqları da öz əksini tapıb. Hazırda isə İraqda Azərbaycan türkləri sayılan türkmanların torpağının işğalı uğrunda savaş aparırlar.  /GünAz TV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol