Menu

Daşkəsəndə vəhşi heyvanların parçaladığı kişi meyiti tapılıb

20.12.2018, 16:28
Daşkəsəndə vəhşi heyvanların parçaladığı kişi meyiti tapılıb

Daşkəsən rayonunda fərdi yaşayış evində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan ahıl kişinin tanınmaz halda olan meyiti aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinə yerləşdirilib. Məlum olub kişinin baş və bədəninin müxtəlif nahiyələri vəhşi heyvanlar tərəfindən parçalanıb. Meyitin baş nahiyəsi tamamilə parçalandığı üçün yaşlı kişinin şəxsiyyətini hələlik müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırmalara başlanılılb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol