Menu

«Türkiyəni enerji resursları ilə təmin etməyə hazırıq» - İran bəyan edib

22.12.2018, 10:20
«Türkiyəni enerji resursları ilə təmin etməyə hazırıq» - İran bəyan edib

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istnadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani Ankarada keçirilən Türkiyə-İran biznes-forumundakı çıxışı zamanı bəyan edib ki, ölkəsi Türkiyənin enerji resurslarına olan tələbatını tam həcmdə təmin etməyə hazırdır.

Türkiyəyə 2 günlük səfəri zamanı Ruhani Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Onlar birlikdə yüksək səviyyəli Türkiyə-İran əməkdaşlıq Şurasının iclasını aparıblar. Bu barədə «Anadolu» agentliyi xəbər verib.

Ruhaninin sözlərinə görə, İran Türkyə investisiyasını cəlb etməyə ümidlidir, xüsusilə də neft-kimya sənayesi sahəsində.

Bundan başqa, İran lideri ABŞ-ın sanksiya siyasətini sərt şəkildə qınayıb və onu «sərt və ədalətsiz embarqo» adlandırıb. O, həm də bəyan edib ki, ABŞ sanksiyaları İran üçün «zərər vura biləcək təhdid»dir, ancaq İran bu sanksiyaları öz xeyrinə yönəltməyi planlayır.

Onun fikrincə, sanksiyalar fonunda Türkiyə və İran ölkələr arasında əlaqəni möhkəmlətməli və öz iqtisadiyyatlarını bir tam halına gətirməlidirlər ki, heç kim və heç yerdə onları zəiflədə bilməsin.

Beləliklə, Ruhaninin sözlərinə görə, gərəkdir ki, «xarici qüvvələr» onların gələcəyi barədə qərar verə bilməsinlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol