Menu

Yevlaxda orta yaşlı kişi bıçaqlanıb

23.12.2018, 20:35
Yevlaxda orta yaşlı kişi bıçaqlanıb

Axşam saatlarında Yevlax şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 48 yaşlı Cabir Əmirov döş və boyun nahiyələrindən bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol