"Sənaye müəssisələrinin Bakıdan kənara çıxarılması nəzərdə tutulur"
Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.
Bunu "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E.Əzizovson qeyd edib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib.
İcra başçısı bildirib ki, Bakının Prezident İlham Əliyevin layihələrində daim böyük yeri olub. E.Əzizov vurğulayıb ki, görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub. İcra başçısı vurğulayıb ki, 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb.
E.Əzizov qeyd edib ki, ötən illər ərzində Bakıda avtmobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb. İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. Onun sözlərinə görə, 2005-ci ildə Bakıda 40-a yaxın olan hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb.
Bakı keçmiş sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb. İcra başçısı bildirib ki, təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq. E.Əzizov vurğulayıb ki, 15 ildir Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artıb. Bu, Bakının inkişafından xəbər verir. İcra başçısı vurğulayıb ki, beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir.
E.Əzizov qeyd edib ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır:"Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".


Şərhlər
Bakı şəhər İcra Hakimiyyətinin sturukturlarında rüşvətxorluq və qanunsuzluq baş alıb gedir. Xəzər rayonu, 112 saylı MKİS-in rəisi Cəfər Hüseynov, Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsi 2 - də yerləşən 3 eaylı yataqxanada məskunlaşmlş Şuşa qaşqını Tamaşa Hümbətovanın oğlunun otağını, mingəçevirdən olan Roma adlı ustaya satıb. Etiraz etdiyinə görə bu qadın təhqir olunub. Oğlunun əşyaları çölə tullanılıb. Bakı şəhər İcra Hakimiyyəti niyə bu rüşvətxor Cəfərə qarşı tədbir görmür?
HESAB EDIREM KI, BOW BOW ,NAQIL DANIWIB ANALOQU OLMAYAN INKIWAFDAN DANIWMA.BU NECE INKIWAFDU KI,MILLET EKSINI GORUR...12 MILYAED,BINALAR BUNLAR HAMISI INKIWAF ADI ILE CIRKLI PULLARIN YUYULMASIDI,LUKAWENKO CANI
Baş plan yoxdursa "sovetski" deyilən ərazini necə dağıdırlar? Atatürk parkındakı söküntü də dayandı.Söhbət gəzir ki,obyekt sahiblərinə "görüm-baxım" xəbəri göndərilib.
12 milyardın yarısını Hacıbala gül bayramlarına,fişəng atmaq adıynan, lift idarəsi köhnə liftləri təmir etdim adıynan, rayon icra başçıları abadlıq işləri adıynan udub üstündəndə 100 içiblər. Bu şəhərə bu qədər pul tökəsən yağış yağanda Şamaxı batan kimi batsın. 21-ci əsirdi hələdə küçələri əllə süpürülər(o bədbəxt işçiləridə harınlamış sürücülər vurub öldürürlər), bir dənə küçə təmizləyən texnika alınmayıb.
2 milyon turist deyəndə, xarici ölkələrdə yaşayan azərbaycanlıların gəlib -getməsi və 150-200 min ərəblər nəzərdə tutulur ,yəqin.
Siz bir mer olaraq tərifləyirsiz ki,bunu etdik onu etdik,yol belə filan belə,inkişasf elə.Ancaq sizə bir söz deyim bir vətəndaş kimi bütün bu illərdə ölkəyə gələn külli miqdarda pul gəlir başqa komanda da olsa, daha yaxşı görərdi,rüşvət,talan,yerribazlıq qohumluq, israfçılıq ədalətsizlik olmazdır,olsa da bu qədər biabırçı şəkildə yox. İndi əsas əhali kef çəkərdi,Qarabağ da alınardı.Özüm də siasətçi deyiləm, heç bir partiyanın üzvü olmamışam da. Ancaq iqtisadiyyatdan bir az xəbərim var.