Azərbaycanda 120-dən çox hakimi kobud qanun pozuntularına yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb.
"Report"un məlumatına görə, bu barədə dekabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə məlumat verilib.
Toplantıda dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi vurğulanıb, ötən dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırılması qeyd olunub, korrupsiya hüquqpozmalarına görə 34 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 11 nəfərin aşağı vəzifəyə keçirildiyi və ya iş yerinin dəyişdirildiyi bildirilib.


Şərhlər
Allah indiki hakimlərə və prokurorlara adamın işini salmasın. Hərəsi işə bir cür qiymət verir və qalırsan hakimlərin, prokurorların əlində. Ona görə ki, savadsızdırlzr, pulgirdirlər, süründürməçidirlər, eqoisdirlər. Beş manata düzələn iş əlli manata düzəlir. Polisdə işləyənlər indiki hakimlərdən, prokurorlardan çox-çox təmiz və insaflıdırlar. Allah polislərimizi qorusun.
Cənab Fikrət Məmmədovun bu çıxışı ilə bağlı bundan əvvəl bildirdiyim münasibətdə mexaniki olaraq "Yenə ümumi sözlər" çümləsində yanlış olarq "yenə" sözü yemə" sözü kimi düşüb. Mexaniki olaraq düşən bu yanlışlıq üçün üzr diləyirəm. Təşəkkür edirəm.
“Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi vurğulanıb, ötən dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakimin məhkəmə sistemindən uzaqlaşdırılıb”. Yemə ümumi sözlər. Bu səbəbdəndir ki, Cənab Prezidentin ölkədə qanunçuluğun bərqarar olması ilə bağlı qarşıya qoymuş olduğu hədəflərə ulaşmaq zaman aparır. Möhtərəm Nazir, açıqlaya bilərmi ki, bu işdən çıxarılan hakimlər nədən işdən çıxarılıb. Bu çıxarılanlar içərisində müstəqil qərar verənlər var idimi. Yoxsa, ggobud səhv dedikdə nəyi nəzərdə tutursunuz. Yəni bizdə hakimlər müstəqil şəkildə qərar verə bilərlərmi. İki il üç aydır oğlumun ölümü ilə bağlı həm cinayət kollegial, həmdə mülki kollegial məhkəmələrdə mücadilə aparıram. Nələrə şahid oldum, onu bir Allah bilir bir də mən. Son məkəmə çəkişməm, Azərbaycan qanunvericiliyinin müvafiq maddələri ilə rəhmətə gedən oğlumun 9 aylıq körpəsinə gələcək yaşamının təmin olunması üçün cavabdehlə bağlı Səbail rayon məhkəməsində mülki iddia qaldırdım. Hakim Mədinə Bağırova bir kəlmə ilə” iddia təmin edilməsin” qərarını verir.Özü də sifarişlə. Ötürür Apellasiya məhkəməsinə. Bu gün Apellasiya məhkəməsində Hakim Abiddin Hüseynovun sədrliyi ilə o da keçirilən məhkəmədə yenə bir mənalı şəkildə həmin qərarı “iddia təmin edilməsin” verir. DEyirəm nədən, məhkəmə heyəti çiyinlərini çəkib, gözlərini döyür. Nədir amac. Bu hakimlər kimə işləyirlər. Onlar bu sifarişli qərarlarla dövlətin imicinə nə qədər zərbə vururlar, heç hesablamısınızmı. Cənab Prezidentin bunca çabalarına rəğmən, onun beynəlxxalq aləmdə nüfuzuna nə qədər gölgə düşürdüyünüzün farqındasınızmı. Nə vaxta kimi. Cənab Nazir lütfən bunlara da bir aydınlıq gətirin.
HAKIM ,EDLIYYE ,MEHKEME HAMISI HAMISI BOW WEYDIR.MUSTEQILLIK,HAQQ EDALET YOXDUR.HER WEY IDARE OLUNUR,SIFARIWLIDI.HESAB EDIREM KI,120 HAKIM NECE EVLER YIXIBLAR...ALLAH RUWVETXOR HAKIMLERE LEHNET ELESIN
Cənab Fikrət Məmmədov vəzifəsindən kənarlaşdırılan hakimlərin kimliyi barədə niyə kiv-də məlumat verilmir.Ümumi sözlərlə bildirirsiniz.Əgər 120 nəfər hakimlikdən kənarlaşdırılıbsa rəqəmlərdə niyə 19 nəfər(8+11) göstərilir?.120 nəfər kənarlaşdırılıbsa belə çıxır ki, qalan 101 hakim ya təqaüdə çıxıb ya da yerdəyişmə edilib. Korrupsiya hüquqpozmalarına görə 34 hakim niyə işdən kənarlaçdırılmayıb? Vətəndaşın taleyin həll edən hakimin intizam məsuliyyətinə cəlb olunması Sizcə sərt cəzadırmı?