Menu

"Biz vaxt məhdudiyyəti qoymuruq" - Mariya Zaxarova

26.12.2018, 15:26
"Biz vaxt məhdudiyyəti qoymuruq" - Mariya Zaxarova

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır".

“Report” xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, - deyən M.Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.

“Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Şərhlər

hellas 2018-12-26 15:26:00

Əlbəttə, vaxt məhdudiyyəti heç kimə sərf etmir. Gözləyək gor-bagor Lenin təzədən dirilib gəlsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol