Menu

"Çelsi"nin əfsanəsi olmaq istəyirəm" - Hazard

27.12.2018, 21:48
"Çelsi"nin əfsanəsi olmaq istəyirəm" - Hazard

"Çelsi"nin futbolçusu Eden Hazard London klubunun əfsanəsi olmaq istəyir.

Qol.az-ın Britaniya mətbuatına istinadla yaydığı xəbərə görə, bu barədə o, London klubu ilə bütün turnirlərdəki 100 və 101-ci qollarını vurduğu "Uotford"la matçdan sonra deyib:

"Bu qolu heç vaxt unutmayacağam. Amma biz hamımız daha artığını istəyirik. Qalib gələndə oyundan həzz alırıq. Mən "Çelsi"də mümkün qədər çox qol vurmaq istəyirəm. Lempard, Terri,Droqba kimi klubun əfsanəsi olmağa çalışacam. Bunun üçün bütün gücümlə hazırlaşıram".

Qeyd edək ki, Hazardla "Real"ın maraqlandığı iddia olunur. Ancaq belçikalı yarımmüdafiəçi son açıqlaması ilə"Çelsi"də qalmaq istədiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol