DİPLOMLU ÇOBANLAR...

Seymur VERDİZADƏ

Üç il əvvəl Türkiyədə olanda Qarsda fəaliyyət göstərən Qafqaz Universitetinin rektoru azərbaycanlı jurnalistlərlə görüş zamanı belə demişdi: “Azərbaycanlı tələbələrimiz yaxşı oxumurlar. Üstəlik, auditoriyada şuluqluq salır, dərs prosesini pozurlar”.

Həmin vaxt yadıma Qəbələdə yaşayan müəllim dostumun tez-tez təkrarladığı bu sözlər düşmüşdü: “Bizim uşaqların hamısı ali təhsil alır. Az-çox savadı olanlar Bakıda, adını yaza bilməyənlər isə Türkiyədə oxuyurlar”.

Jurnalist marağı güc gəldiyi üçün rektordan xarici tələbələri universitetə hansı şərtlərlə qəbul etdiklərini soruşmuşdum. Cavabı belə olmuşdu: “Attestatları olsa, yetər”.

Qısa sorğu-sualdan sonra belə məlum olmuşdu ki, TQDK-nın keçirdiyi imtahanlardan 37 bal toplayan həmyerlimiz Türkiyədə inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. Ən böyük arzusu vətənə qayıdıb, 32 mərtəbəli binalar inşa etməkdir...

Biz Qarsda olanda binaların üstündə tez-tez bu məzmunda elanlara rast gəlirdik: “Azərbaycanlı tələbələrə kirayə ev verilmir”.

Sakinlər bunun səbəbini belə izah edirdilər: “Azərbaycanlı tələbələr heç vaxt kirayə haqqı ödəmirlər”.

Türkiyənin nüfuzlu universitetlərindən birində çalışan professor dostum danışırdı: “Bir gün xəbər aldıq ki, Uşak şəhərində yerli əhali azərbaycanlı tələbələrin əleyhinə aksiya keçirir. Bir neçə ağsaqqalla tez-tələsik hadisə yerinə getdik. Bir kişi dedi ki, evində kirayədə qalan azərbaycanlı tələbələr ona 9 min lirə borcludurlar. Onu sakitləşdirmək üçün dedik ki, narahat olma, valideynlərinə yazarıq, pulunuzu göndərərlər. Kişinin reaksiyası belə oldu: “Pulunuz başınıza dəysin. Uşaqlara deyin, satdıqları televizoru alıb yerinə qoysunlar””.

Üç ay əvvəl Trabzon avtovağzalında əslən Şəkidən olan cavan bir oğlanla tanış olmuşdum. Söhbət əsnasında demişdi ki, Türkiyənin Şərq vilayətində bir o qədər də tanınmayan universitetlərin birində əvvəl bakalavr, sonra isə magistr təhsili alıb. Dediyinə görə, dərsləri çətin olmadığı üçün yaz və yay aylarında çobanlıq edirmiş. Təəccüblə ona baxdığımı görəndə, belə demişdi: “Aldığım maaş inflyasiyadan sonra qəpik-quruş oldu. Buna görə də çobanlığın daşını atıb, Azərbaycana qayıdıram...”

Bu hadisəni isə mənə övladı Türkiyədə təhsil alan bir taksi sürücüsü danışıb: ”Oğlumun oxuduğu universitetin rektorundan ildə iki dəfə məktub alırdım. Rektor uşağın əla qiymətlərlə oxuduğunu yazır, belə tərbiyəli övlad böyütdüyü üçün mənə təşəkkür edirdi. Beş il sonra bildim ki, məktubların hamısı saxtaymış, məndən pul qoparmaq üçün onları oğlum özü göndərirmiş”.

Əlavə izahata ehtiyac varsa, bunu da yazım: Azərbaycanda uğur qazana bilməyən gənclər attestatlarını qoltuqlarına vurub, üz tuturlar Türkiyənin ikinci dərəcəli universitetlərinə. Amma elementar bilikləri olmadığı üçün universitet təhsilini başa vura bilmirlər. Az-çox tərbiyəsi olanlar zavodda, fabrikdə işləyir, qoyun otarır, meşədə odun toplayıb birtəhər dolanırlar. Yaxşı ailə tərbiyəsi almayanlar isə dələduzluq edir, kirayə haqqını ödəmir, evdəki əşyaları satır, əyri yollara düşür, hətta cinayətkar qruplaşmalara qoşulurlar. On gün əvvəl Türkiyədə olarkən bu ölkədə pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı müəllimlərlə də bu barədə ətraflı danışmışdıq. Hesab edirəm ki, həyəcan təbili çalmağın vaxtıdır. Hətta gecikmişik...

Təhsil Nazirliyi ilə Türkiyənin Yüksək Öyrənim Kurulu (YÖK) arasında əldə edilmiş razılığa uyğun olaraq, bu ildən azərbaycanlı gənclərin attestatla Türkiyə universitetlərinə qəbuluna məhdudiyyət tətbiq olunacaq. Bu, çox vacib qərardır. Amma daha vacib olanı cəmiyyəti kütləvi şəkildə təhsil almaq bəlasından xilas etməkdir. Kimin savadı, intellekti varsa, o da universitet oxusun. Adını yaza bilməyənlər isə bacardıqları işin qulpundan yapışsınlar. Axı bu ölkəyə müəllimlə, həkimlə yanaşı, həm də çoban lazımdır. Qoyun otarmaq üçün hansısa ucqar universitetin diplomuna ehtiyac yoxdur... (Moderator.az)

635x100

Şərhlər

Veteran 2018-12-28 14:45:49

Kim nece fikirlewir onun oz iwidir. Ancaq bu danilmaz bir faktdir ki, bu gun ortaliqda olan adli sanli insanlarimizin hamisi, hekiminden tutmuw muhendisine kimi hamisi beyenmediyimiz sovet tehsil sisteminin yetirmeleridir! Sohbet heqiqi elmden gedir, butun elmi naliyyetler ixtiralar kewfler ve s. hamisi sovet dovrunde olub!

Oqtay - həlimyə 2018-12-28 14:45:49

2 uşaq oxutmuşam birinə 2 fəndən repetitor tutmuşam 3-4 aylıq o birisi isə 5 şirvsanlıq kursa gedib.Bir dəfə oğlum gəldiki tarixi pul verməsəm qiymət verməyəcək 4 şirvandır məndə olan 2 şirvanı verdim gedib 2 şirvana qiymət alıb soruşanda dedi ki 2 şirvan verdim 2-sınıdə nisyə yazdı. Belə də olur. Uşaqlar yaxşə işə imtahanla qəbul oldular.İndi birinci sinifdə oxuyan nəvəmi dərsə aparıb gətirirəm cantasına gücü catmır.Xarıcdə oxuyan nəvələrim avtobusda bir aypellə gedirlər.Bizdə maarifəi qəsdən ölbürürlər

Vətəndaş 2018-12-28 14:45:49

Guya bizim universitetlərdə təhsil alan tələbələr çox savadlıdır?Texniki universitetin qarşısından keçəndə damaqlarında siqaret, əllərində telefon, qulaqlarında telefon şnuru olan gəncərin sırasını yarıb keçmək olmur.Bir nəfərin əlində nə kitab, nə də dəftər görməzsən.Belə təhsil kimə lazımdır.

helime 2018-12-28 14:45:49

ali mektebe qebul dahada chetinleshib,bu iki tur,filan neye lazim? Ushaga ne qeder stress kechirmek olar? Ali mektebe 5 fenn neye lazim?Bir sozle tehsi; berbad veziyyetdedir,Belkede,yegane olkeyik ki, medalin ehemiyyeti yenede 5 fenden imtahan vermelisen,yalandan dediler 3 fenn olacaq,Eger ,3 fendirse,mekteb imtahaninin neticeleri niye sayilir? Demeli 3 yox,5 yox,ele 6 fenn uzre imtahan verilir(ana dili 3 defe).DIM ozu ne etdiyini ozu bilmir.

helime 2018-12-28 14:45:49

azeraycanda ali mektebe

helime(ardi) 2018-12-28 14:45:49

universitete ushaq qebul olunsa,normal fakulteler en azi,3500-4000 man,4 il bakalavratura 15-16000 manat,ustelik 2 il magistratura 7-8000 manat, Ortalama bir ushagin diplom almasi uchun texmini,35-40000 manat pul chixir. En berbadi odur ki,azerbaycandan chixdin,diplomun olur adi bir kagiz,taninmir,Normal dushunceli adam o pulu taninmayacaq diplom uchun burada xercleyermi? ,Oglum gelen il ali mekktebe daxil olacaq. hekim olmaq isteyir,yalniz ve yalniz xaricde oxuyacaq.buranin diplomunu istemirem

helime 2018-12-28 14:45:49

Azerbaycandan telebelerinin qachmaginin en boyuk sebebi- ali mekteblere qebulun hedden artiq chetinleshdirilmesidir,Deyeceksiniz ki,niye?Mektebblerde qeti ders kechilmir(9-11sin), valideyn mecburdu repetitor tutsun, 5 fen uzre az-chox ad qazanmish repetitorlar uchun ayda ortalama 500-600 manat oduyuruk,ustelik rus sektoru elave azerb dili ucun repetitor tutur+100 manat,Ozude odenish 1 ay uchun deyil,8 ders uchun aparilir( bunu kim fikirleshib,bilmirem).Qisasi,en azi 2 il repetitora 14000man odenilir

Türkiyeli 2018-12-28 14:45:49

"Təhsil Nazirliyi ilə Türkiyənin Yüksək Öyrənim Kurulu (YÖK) arasında əldə edilmiş razılığa uyğun olaraq, bu ildən azərbaycanlı gənclərin attestatla Türkiyə universitetlərinə qəbuluna məhdudiyyət tətbiq olunacaq." Tamamen yanlış qerar! Yene de rüşvet qapısı qoyublar. Attestatla qebulu tamamen qadağan etmek lazımdır! Teesüf ki, meqalede yazılanlaren demek olar ki hamısı doğrudur. Azernbaycanlı ata ve analar, Türkiyede tehsil alan oğul ve qızlarınıza ciddi nezaret edin!

Son yazılar