Menu

Qazaxıstan sularında Azərbaycan vətəndaşlarına atəş açıldı

29.12.2018, 20:19
Qazaxıstan sularında Azərbaycan vətəndaşlarına atəş açıldı

Qazaxıstan sərhədçiləri Xəzərin bu ölkəyə aid hissəsində qanunsuz balıq ovlayan Azərbaycan vətəndaşlarına atəş açıb. Virtualaz.org xəbər verir ki, göyərtəsində 4 nəfər Azərbaycan vətəndaşı olan qayığın heyəti sərhədçilərin dayanmaq barədə əmrini yerinə yetirməyib və qaçmağa çalışıb. Bu zaman sərhədçilər onlara atəş açıb. Güllə brakonyerlərdən birinin sağ çiynindən dəyib. Qayıqdakılar saxlanılandan sonra yaralıya tibbi yardım göstərilib.

“Qayıqda nərə cinsindən olan 40 balıq, 10 yeşik brakonyer alətləri, peyk rabitə və naviqasiya vasitələri aşkar edilib”-Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti bildirib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol