Menu

Bərdədə partlayıcı maddə və pirotexniki vasitələr satışdan çıxarılıb

31.12.2018, 00:13
Bərdədə partlayıcı maddə və pirotexniki vasitələr satışdan çıxarılıb

Bərdə rayon Polis şöbəsi insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması məqsədi ilə yerli mağazalarda pirotexniki vasitələr satan sahibkarlara qarşı reyd keçirib. "Report"un Qarabağ bürosunun məlumatına görə, bir neçə gün davam edən reyd zamanı rayon ərazisində yerləşən ticarət obyektlərindən, mağazalardan çoxlu sayda müxtəlif çeşidli yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub, araşdırma aparılır.

Bu istiqamətdə reydlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol