Menu

Portuqaliya klubu ardıcıl qazandığı qələbələrə görə rekord müəyyənləşdirib

31.12.2018, 14:16
Portuqaliya klubu ardıcıl qazandığı qələbələrə görə rekord müəyyənləşdirib

Portuqaliyanın "Portu" komandası ardıcıl qazandığı qələbələrə görə özünün yeni rekordunu müəyyənləşdirib.

"Report" klubun "Twitter" sosial şəbəkəsindəki səhifəsinə istinadla xəbər verir ki, Serjiu Konseysaunun rəhbərlik etdiyi kollektiv buna Liqa Kubokunun qrup mərhələsində "Belenensiş"i 2:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.

Bu, komandanın bütün turnirlər daxil olmaqla ard-arda qazandığı 16-cı qələbədir.

Qeyd edək ki, "Portu" 14 turdan sonra Portuqaliya çempionatında 36 xal toplayaraq ilk pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol