Menu

İdxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır

01.01.2019, 10:00
İdxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır

Bu gündən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır.

“Report” xəbər verir ki, minik avtobillərində mühərrikin həcmi 2 000kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3 000kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Minik avtomobilləri
- Mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrə görə - 0,30 manat
- Mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat
- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat
- Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat
- Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat
- İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat

Şərhlər

Xalq 2019-01-01 10:00:35

Bu nə ağılsızlıqdır! Yəni bu qədər savadsızlıq olar? Ən yaxşı olardı ki, köhnə avtomobillərin vergisini qaldırardılar, necə ki burada Avropada edirlər. Onda camaat köhnə avtomobillərindən əl çəkib, yenilərinə investisiya edərdilər. Əgər dövlət də onlara sərfəli şərtlərlə kreditlər ayırsa idi. Belə yeni qanunlarla xalqı diz üstə çökdürmək və büdcəni doldurmaq olmaz. Bundan sonra kim köhnə avtomobilini satar? Əksinə üzərinə bir az da maya qoyub, daha çox havanı zəhərlər. Savadsızlar və rüşvətxorlar ölkəsi

aqil 2019-01-01 10:00:35

ekologiyadan dem vuranlar hardadi.yeni olkeye teze mawin gelmeyecek.nowun ki,dovlet monopoliyasi var.

Qoca Molla 2019-01-01 10:00:35

Daha Sovet Hökümət indən nə fərqimiz oldu? Kommunistlər də ölkəyə idxalı mümkünsüz edib ölkədə böhran yaradırdılar. Nəticədə bütünlüklə həm də dövlət həm cəmiyyət həm də insanlar Qlobal Dünyadan geri qalırdılar.
Belə etdikcə bilirsiz Avtoqəzaların sayı nə qədər artacaq? Keyfiyyətli maşın gətirmək bahalaşdıqca, ehtiyyat hissələri də bahalaşacaq üstəlik ümid qalacaq köhnə daxildəki maşınlara.
Yerə soxsunlar sizi. Qərar verəndə onun uzunmüddətli xalqa görə təsirini də nəzərə almaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol