Pentaqonun Strateji Qüvvələr Komandanlığı yayımladığı yeni il mesajına görə üzr istəyib.Axar.az xəbər verir ki, komandanlıq yeni ildə ənənəvi “Nyu York Tayms” meydanında göydən endirilən topu bombaya bənzətməsinə görə tənqidlərə məruz qalıb.
Daha sonra Tvitterdə paylaşım edən komandirlik üzr istəməyə məcbur olub: “Verdiyimiz yeni il mesajı xoşagəlməzdir və bizim dəyərlərimizi əks etdirmir. Biz ABŞ və müttəfiqlərimizin təhlükəsizliyinə bağlıyıq. Üzr istəyirik” - mesajda qeyd edilib.
Qeyd edək ki, Strateji Qüvvələr Komandanlığı bundan əvvəl yayımladığı təbrik videosunda “Tayms meydanında yeni il ənənəvi olaraq göydən top endirilərək qeyd edilir. Ehtiyac olarsa, biz daha böyük bir şey atmağa hazırıq” mesajı ilə birgə bomba görüntüləri paylaşmışdı.


Şərhlər