Menu

Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb

01.01.2019, 18:34
Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sumqayıt sakinini cərəyan vuraraq öldürüb."Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində cərəyan vurması nəticəsində ölən 1990-cı il təvəllüdlü Əlməmmədov Elvin Kamran oğlunun meyitinin damdan götürülməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin qəza-xilasetmə dəstəsi E.Əlməmmədovun meyitini elektrik naqilindən ayıraraq damdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol