Menu

ABŞ sərhədçiləri miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib

02.01.2019, 09:41
ABŞ sərhədçiləri miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib

ABŞ sərhədçiləri miqrantların Meksikadan bu ölkəyə keçməsinin qarşısını almaq üçün onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Agentliyin çəkiliş qrupu gözyaşardıcı qazın tətbiqi zamanı sərhəddə olub. Məlumata görə, qazdan ən azı üç dəfə istifadə edilib.

Sərhədin Mühafizə Xidmətindən bildirilib ki, daş tullayan miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Meksika qaçqın axınının qarşısını almasa, o, sərhədə qoşun yeridəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol