Menu

"Monako" klubu 37 yaşlı futbolçu transfer edib

03.01.2019, 22:38
"Monako" klubu 37 yaşlı futbolçu transfer edib

"Monako" klubu Almaniya "Şalke"sinin futbolçusu Naldonu transfer edib.

"Report"un knyazlıq təmsilçisinin rəsmi saytına istinadla verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi ilə 2020-ci ilin iyununadək müqavilə bağlanıb.

Braziliyalı oyunçu bu mövsüm Bundesliqadakı 7 oyunun hamısında əsas heyətdə yer alıb.

Qeyd edək ki, hazırda 13 xala malik "Monako" Fransa Liqasında 19-cu pillədə qərarlaşıb. Tyerri Anrinin baş məşqçi olduğu kollektiv XIX turda "Marsel"in qonağı olacaq. Oyun yanvarın 13-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol