Menu

İğdırda PKK-çılarla atışma - Ölən və yaralanan türk hərbçilər var

04.01.2019, 13:40
İğdırda PKK-çılarla atışma - Ölən və yaralanan türk hərbçilər var

Türkiyənin İranla sərhəddə yerləşən İğdır vilayətinin Aralık yaşayış məntəqəsində PKK silahlıları ilə türkiyəli hərbçilər arasında atışma olub.

Trend-in məlumatına görə, insident PKK terrorçularının hərbi hissələrdən birini minaatanlardan atəşə tutmasından sonra qeydə alınıb.

Atışma nəticəsində bir hərbçi ölüb, ikisi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri ərazidə PKK döyüşçülərinin məhv edilməsi üzrə əməliyyata başlayıb.

Şərhlər

Murad 2019-01-04 13:40:56

Hormetli redaksiy diqqetli olun PKk doyuwcusu olmur terroristi olur YAzilarinza diqqetli olun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol