Braziliyada 6,8 maqnituda gücündə zəlzələ olub.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Tarauaka bələdiyyəsindən 89 km qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı yerin 575,3 km. dərinliyində olub.
Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.


Şərhlər