Menu

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb

06.01.2019, 13:57
Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralananlar var.

RİA “Novosti” xəbər veirr ki, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.

Qeyd olunur ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol